09 İyul 2026
Dünya futbolu

“Barselona” ərəblərə satıla bilər – prezident görüş keçirir

Qətər və ya Səudiyyə Ərəbistanı investorları “Barselona”nın bir hissəsini ala bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşrinin jurnalisti Xose Alvares məlumat yayıb. O bildirib ki, kataloniyalılar maliyyə problemlərini həll etmək üçün klubun 49 faizini özəl kapital fonduna satmağı düşünür.

Bu məqsədlə “Barselona”nın prezidenti Xoan Laportanın son həftələrdə Səudiyyə Ərəbistanına səfər etdiyi və klub rəhbərinin hazırda Qətərdə olduğu bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43