“Arsenal” “Ayaks”ın müdafiəçisi Yurrien Timberi transfer etməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu 22 yaşlı futbolçu üçün 35 milyon avro təzminat ödəməyə hazırdı. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Timber “Ayak”ın yetirməsidir. 2022/23 mövsümündə o, 47 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Müdafiəçinin müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” oyunçunun dəyərini 42 milyon avro qiymətləndirir.

