13 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın Polşa klubu ilə oyununun vaxtı açıqlandı

Ağdamın “Qarabağ” klubunun “Legiya” ilə keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma iyulun 1-də saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi polşalılara qədər iyunun 27-də Macarıstan “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43