“Məşqçilər korpusu olaraq, futbolçuların yanaşmasından, oyuna hazırlığından, mübarizə aparmaqlarından tam razıyıq. Bildiyiniz kimi, iyunun 17-də İstanbulda Türkiyə yığması ilə qarşılaşmışdıq. Çalışırdıq ki, qısa zamanda futbolçuları bərpa edək, oyuna hazırlayaq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Əliyev “Dalğa Arena”da Qırğızıstanın U-23 komandası ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib.