06 Oktyabr 2024
Ölkə futbolu

“Zirə”dən ayrılan futbolçu “Səbail”də?

“Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Sertan Taşkınla maraqlanır. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnə bilər.

Ötən mövsümü “Zirə”də keçirən Taşkınla qəsəbə təmsilçisi müqavilə uzatmayıb. 27 yaşlı futbolçuya ölkə xaricindən təkliflər olsa da, Taşkın karyerasını “Səbail”da davam etdirməyə yaxındır.

Transferin gün ərzində rəsmən açıqlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43