06 Oktyabr 2024
Dünya futbolu

“Mənim üçün bu, inanılmaz bir nailiyyətdir” – Ronaldo

Portuqaliya AVRO-2024-ün seçmə mərhələsində İslandiyanı məğlub edib (1:0).

İdmanxeber.az-ın məlumatına görə, komandanın yeganə qolunu Kristiano Ronaldo vurub. Sözügedən görüş 38 yaşlı oyunçunun millidəki 200-cü matçı olub.

Ulduz futbolçu yubiley oyunu ilə bağlı bunları deyib: 

“Mənim üçün bu, inanılmaz bir nailiyyətdir, heyrətamizdir. Həm də qələbə qolunu vurmaq xüsusi bir şeydir.  İslandiya və arenadakı azarkeşlərə mənim üçün belə bir əyləncə təşkil etdikləri üçün təşəkkür etməliyəm. 

O qədər də yaxşı oynamadıq, amma bəzən futbol belə olur. Rəqib aqressiv komandadır, lakin biz qol vurduq və fikrimcə, buna layiq idik. Mən çox xoşbəxtəm, çünki milli komandada 200 oyun keçirmişəm”.

Portuqaliya 12 xalla J qrupunda birinci, İslandiya 5 xalla beşincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43