“Roma” “Lids”in müdafiəçisi Dieqo Lorenteni transfer etməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, danışıqlar yekun mərhələyə keçir, müqavilənin şəxsi şərtləri artıq razılaşdırılıb. Lorente mövsümün ikinci yarısını icarə əsasında “Roma”da keçirib.
29 yaşlı futbolçu İtaliya çempionatında 9 oyunda çıxış edib. Portal “Transfermarkt” futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

