14 İyul 2026
Ölkə futbolu

“Zirə” Rəşad Sadıqovla müqavilə imzaladı – RƏSMİ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı məşqçi başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb. Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43