“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubu ilə müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2024-cü il iyunun 30-dək qüvvədədir. Kroos 2014-cü ildə Madrid klubuna keçib.
33 yaşlı futbolçu 9 mövsümdə 4 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 La Liqa, 1 Kral Kuboku və 3 Super Kuboku qazanıb.
Ümumilikdə Kroos “Real”in heyətində 417 oyun keçirib, 27 qol vurub və 89 məhsuldar ötürmə edib.

