14 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın Çempionlar Liqasında potensial rəqibi

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirə bu mərhələdən başlayacaq Türkiyə çempionu “Qalatasaray”ın ilk dueli “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütünün qalibinə qarşı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43