14 İyul 2026
Dünya futbolu

“Arsenal” almaniyalı futbolçu ilə anlaşmaq üzrədir

“Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts “Arsenal”a keçməyə yaxındır.

İdmanxeber.az “The Athletic”ə istinadən xəbər verir ki, londonlular 24 yaşlı alman futbolçuya görə 75,6 milyon avro ödəməyə hazırdır. Artıq tərəflərin razılaşmağa yaxın olduğu bildirilir. 

Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43