Bu gün “Neftçi”, “Qəbələ” və “Sabah” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq.
İdmanxeber.az-ın məlumatına görə, püşk zamanı “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alacaq.
KL-də yarışacaq 3 Azərbaycan klubu arasında daha yüksək reytinqə malik “Neftçi” “səpələnmişlər” səpətində yer alıb. “Ağ-qaralar” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minks, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Digər təmsilçilərimiz “Qəbələ” Kipr klubu “Omoniya” ilə “Sabah” isə “FK Makedoniya” (Makedoniya) – “RFS” (Latviya) cütünün qalibi ilə görüşəcək.
Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək.

