“Çelsi”nin yarımmüdafiəçisi Kay Haverts “Arsenal”a keçməyə yaxındır.
İdmanxeber.az “The Athletic”ə istinadən xəbər verir ki, londonlular 24 yaşlı alman futbolçuya görə 75,6 milyon avro ödəməyə hazırdır. Artıq tərəflərin razılaşmağa yaxın olduğu bildirilir.
Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir.

