Kamerunlu futbolçu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az “A Bola” nəşrimə istinadən xəbər verir ki, “Qarabağ” Portuqaliyanın “Maritimu” klubunun oyunçusu ilə maraqlanır. Ağdam təmsilçisinin 30 yaşlı futbolçuya təklif göndəridiyi də vurğulanıb.
Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının “Əl-Həzm” klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.

