15 İyul 2026
Dünya futbolu

Afrikalı futbolçu “Roma”da

Frankfurt “Ayntraxt”ın müdafiəçisi Evan Ndika karyerasını “Roma”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi yeni komandası ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. O, “Roma”ya azad agent statusu ilə keçib.

Ndika 2018-ci ildən “Ayntraxt”da çıxış edir. O, Almaniya klubunda 183 oyun keçirib, 12 qol vurub, 10 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43