15 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” daha bir transferini açıqladı – RƏSMİ

“Turan Tovuz” Azərbaycan millisinin futbolçusu Sertan Taşkını heyətinə qatıb.

İdmanxeber.az-ın məlumata görə, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçunun son klubu “Zirə” olub. Ötən mövsümün sonunda “qartallar”dan ayrılan Taşkın daha əvvəl “Keşlə” və “Sumqayıt”ın da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43