Frankfurt “Ayntraxt”ın müdafiəçisi Evan Ndika karyerasını “Roma”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi yeni komandası ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. O, “Roma”ya azad agent statusu ilə keçib.
Ndika 2018-ci ildən “Ayntraxt”da çıxış edir. O, Almaniya klubunda 183 oyun keçirib, 12 qol vurub, 10 məhsuldar ötürmə verib.

