Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qəbələ” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” “Kəpəz”in futbolçusu Ahmet Ayzaya ilə danışıqlara başlayıb. Nigeriyalı futbolçu ilə ilkin razılığın olduğu da bildirilir.
Hazırda danışıqlar son mərhələdədir. Əgər son anda hər hansı bir fikir ayrılığı olmasa, tərəflər rəsmi müqavilə imzalayacaq.

