“Zenit”in yarımmüdafiəçisi Klaudinyo Fransa klubuna keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Marsel” oyunçunun xidmətində maraqlıdır. Fransa təmsilçisi əvvəlcə futbolçu ilə sonra isə Sankt-Peterburq klubu ilə danışıqlara başlayacaq.
26 yaşlı Klaudinyo ötən mövsüm “Zenit”in heyətində 30 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə verib.
Onun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

