19 İyun 2026
Ölkə futbolu

“Yarışı səbirsizliklə gözləyirik” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisinə qarşı keçirəcəkləri matçlar barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib:

“Linkoln”la oyunlar çox çətin olacaq. Çünki bu, hər hansı bir turnir deyil. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün dörd mərhələdən keçməliyik. Bu, uzun yoldur. Amma ümid edirəm ki, məqsədə çatacağıq”.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43