08 İyul 2026
Dünya futbolu

Niderlandlı oyunçu İspaniya klubunda

Dayli Blind azad agent kimi Jironaya keçib.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı futbolçu İspaniya klubu ilə 2 illik müqavilə imzalayıb.

Universallığı ilə seçilən oyunçu dayaq yarımmüdafiəçisi, sol cinah və mərkəz müdafiəçisi kimi oynaya bilir.

Blindin karyerasında “Ayaks”, “Mançester Yunayted” və “Bavariya” kimi klublar olub. Niderland millisində 101 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43