08 İyul 2026
İdman

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qol U-15” turnirinə start verildi

İyulun 7-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıblar. Qeyd edək ki, turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın 14 yaşlılardan ibarət “Paxtakor” komandaları da iştirak edirlər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Açılış mərasimindən sonra “Qarabağ və “Sabah” komandaları arasında görüş keçirilib. Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun günündə keçirilən digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Neftçi – “Zirə” (1:1);
“Paxtakor” – Sumqayıt (0:3);
“İlbirs” – “Səbail” (2:0).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43