Albaniyanın “Eqnetiya” klubuna transfer olunan Vüsal İsgəndərli ilk oyununu Ermənistan komandasına qarşı keçirlə bilər.
Konfrans Liqasının I təsnifat mərhələsində “Ararat Armenia” klubu ilə qarşılaşacaq Albaniya təmsilçisi ilk matçını İrəvanda keçirəcək. “Eqnetiya” İsgəndərlinin adını sözügedən görüş üçün heyətə daxil etsə də, həmyerlimizin Ermənistana gedib-getməyəcəyi bəlli deyildi.
Millimizin sabiq üzvü idmanxeber.az saytına verdiyi açıqlamada son anda hər hansı bir problem çıxmasa, komanda ilə bərabər İrəvana yollanacağını bildirib.
O, “İnşallah mən də oyuna gedirəm. Menecer dedi ki, biletin alınıb” – deyə, vurğulayıb. Əgər baş məşqçi şans verərsə, Vüsal yeni klubundakı ilk matçına Ermənistanda çıxacaq.
“Ararat-Armenia” – “Eqnetiya” matçı iyulun 13-də İrəvanda keçiriləcək.
Həsən Quluzadə

