06 İyul 2026
Ölkə futbolu

“Qəbələ”nin Rusiya klubu ilə oyununun vaxtı bilindi

“Qəbələ”nin Türkiyə toplanışında Rusiyanın “Orenbuq” klubu ilə keçirəcəyi yoxlama görüşünün vaxtı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşma iyulun 15-də keçiriləcək. 

 

Qeyd edək ki, Türkiyədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43