Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür. 67 xala malik “Neftçi” 4 sıra itirərək 291-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real” klubu 315 xalla birincidir.
UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin “Mançester Siti” komandası 311 xalla ikincidir.

