Növbəti mövsümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” yeni transferinin yolunu gözləyir.
Müqaviləsi uzadılan Mate Kvirkia artıq komanda ilə çalışmalara başlayır. Gürcüstanlı futbolçunun bu gün “Kəpəz”in Gəncədə davam edən təlim-məşq toplanışına qoşulması gözlənilir.
“Sarı-göylərin” yeni transferi Olavale Onanuqa isə bir müddətdir viza problemi səbəbindən ölkəmizə gələ bilmirdi. Artıq problemin həll olunduğu və nigeriyalı yarımmüdafiəçinin iyulun 14-də komandaya qoşulacağı bildirilir.
Xatırladaq ki, “Kəpəz” toplanış çərçivəsində ilk yoxlama matçında “Səbail”ə 1:2 hesabı ilə məğlub olub.
İdmanxeber.az

