05 İyul 2026
Dünya futbolu

Vidal karyerası ilə bağlı qərarını verdi

Arturo Vidal karyerasını “Atletiko Paranaense”də davam etdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı çilili futbolçunun “Flamenqo” ilə müqaviləsi davam etsə də, onu pozmaq qərarına gəlib. Vidal yeni komandası ilə bu ilin sonuna qədər sözləşmə imzalayacaq.

36 yaşlı yarımmüdafiəçi ötən mövsüm 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Vidal Çili klubu “Kolo-Kolo”nun yetirməsidir. Əvvəllər o, “İnter”, “Barselona”, “Bavariya”, “Yuventus” və “Bayer”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43