05 İyul 2026
Ölkə futbolu

Püşk bu tarixdə atılacaq – Premyer Liqa

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlanacaq.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43