04 İyul 2026
Ölkə futbolu

“Mənim üçün elə də yaxşı mövsüm deyildi” – “Kəpəz”in yeni transferi

“Kəpəz”ə qayıtmağım çox xoşdu. Doğma şəhərimin komandasıdı, geri döndüyüm üçün sevincliyəm. Neçə illlərdir bu klubda oynamışam. Yenidən bu formanı geyinəcəyim üçün çox həyəcanlıyam”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz”in yeni transferi Əli Səmədov deyib. Ötən mövsümü “Şamaxı”da keçirən oyunçu daha sonra belə davam edib:

“Məqsədim əsas heyət üzvünə çevrilməkdir. Bu, həm məndən, həm də ki, baş məşqçidən asılıdır. Məşqçilər heyətinin hamısı ilə əlaqəm yaxşıdı. Onlarla birlikdə çalışmışam. Ancaq əsas heyətə düşmək üçün özümü göstərməliyəm. Ötən mövsümün yarısını “Şamaxı”da keçirmişdim. Performansımı o qədər yaxşı dəyərləndirmək olmaz. Çünki komandamız Premyer Liqanı tərk etdi, özüm də son oyunlarda az iştirak etdim. Açığı, mənim üçün elə də yaxşı mövsüm deyildi. Ancaq yeni mövsümdə oyunumla özümü sübut etməliyəm”.

Səmədov Gəncə təmsilçisinin qarşıdakı hədəflərindən də söz açıb:

“Bacardıqca yüksək pillələrdə olmaq üçün mübarizə aparacağıq. Reallıqla götürsək, iddialı bir yer üçün oynayacağımız çətin görünür. Büdcə baxımından ən aşağı komanda bizik. Əlimizdən gələni edib Premyer Liqada qalmağa çalışacağıq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43