04 İyul 2026
Ölkə futbolu

“Kəpəz” yeni transferini açıqladı

“Kəpəz” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

İdmanxeber.az Gəncə təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu ötən mövsüm “Turan Tovuz”un formasını geyinib. “Kəpəz” daha əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43