03 İyul 2026
Dünya futbolu

Çemionlar Liqası: “Qarabağ”ın matçı sonuncu oldu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 15 matçı ümumilikdə 101 799 tamaşaçı izləyib. “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”ə 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb.

“Viktoriya” stadionundakı matçda tribunada 683 nəfər olub.

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” komandaları arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43