Argentina millisinin hücumçusu Lionel Messi “Goal” nəşrinə müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu karyerasını nə vaxt bitirəcəyindən danışıb. O, bu barədə konkret tarix söyləməyib:
“Düzünü desəm, nə vaxt olduğunu bilmirəm. Düşünürəm ki, lazım olanda baş verəcək. Hər şeyə nail olduqdan sonra yalnız zövq almaq qalır. O an gələndə Allah özü xəbər verəcək. Məntiqlə yaşıma görə əminəm ki, tezliklə olacaq. Amma doğru zamanın nə zaman olduğunu dəqiq bilmirəm. İndi gündəlik həyatı düşünürəm, gözəl olan hər şeydən həzz alıram. Milli komandada çox çətin dövrlərdən keçməli olduq. Dünya və Amerika Kuboku çempionu olmaq bizə nəsib oldu. Zövq almaq vaxtıdır.
Davamlı rəqabətdə, həmişə məqsədlər olanda, həqiqətən nəyə layiq olduğunu, əldə etdiklərini qiymətləndiririsən. Karyeramın elə bir nöqtəsindəyəm ki, qazandığım bütün titullarla fəxr etmək istəyirəm. Amma düşünürəm ki, ayrılıb daha oynamayanda bütün bunları daha çox qiymətləndirməyə başlayacağam”.
36 yaşlı argentinalı 2005-ci ildən millidə çıxış edir. Onun hesabında 175 matçda 103 qol var.

