03 İyul 2026
Ölkə futbolu

“Sabah” və “Neftçi”nin potensial rəqibləri meydana çıxır

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

19:30. “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya)

“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

22:30. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43