03 İyul 2026
Dünya futbolu

“Yuventus”un hücumçusu PSJ-yə keçir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını PSJ-də davam etdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, parislilər futbolçunu 70 milyon avroya almağa hazırdır. Yaxın vaxtlarda klublar serbiyalının mümkün transferini müzakirə edəcəklər.

Vlahoviç ötən ilin yanvarından “Yuventus”da çıxış edir. Futbolçunun müqaviləsi 2026-cı ilin yayında başa çatır.

2022/23 mövsümündə hücumçu bütün yarışlarda 42 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Portal Transfermarkt futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43