03 İyul 2026
Dünya futbolu

“İnter” Lukaku üçün təklifini verdi

“İnter” və “Çelsi” Romelu Lukaku transferi üçün müzakirələr aparır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu bu transfer üçün 30 milyon avro ödəmək istəyir. Qarşı tərəf bu məbləğlə razılaşmasa da, tərəflər arasında danışıqlar davam edir.

Lukaku keçən mövsümü icarə əsasında Milan təmsilçisində keçirib. O, burada 37 oyuna çıxıb, 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43