Cordan Hendersonun “Əl-İttifaq”ın təklifini qəbul edəcəyi gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, ilk təklifi rədd edən ingiltərəli 2-ci təklifə müsbət yanaşıb və ərəb klubuna keçməyə yaxındır.
Xatırladaq ki, “Əl-İttifaq”ın yeni baş məşqçisi Stiven Cerrard olub. Bu amil də transferdə böyük rol oynayıb.
Henderson 2011-ci ildən “Liverpul”da çıxış edir. O, ötən mövsüm “qırmızılar”ın heyətində 43 oyuna çıxıb.

