03 İyul 2026
Dünya futbolu

Rauf Cabbarov Konfrans Liqasının oyununda

FIFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsində iyulun 20-də keçiriləcək “Vlajniya” (Albaniya) –  “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43