“Əl-İttihad” “Liverpul”dan Fabinyonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər bu transfer üçün 40 milyon avro xərcləməyə hazırdılar.
Ancaq “Liverpul” dayaq yarımmüdafiəçisinin yerini doldurmamış onu satmaq istəmir. İngiltərə klubunun əsas hədəflərindən biri isə Romeo Laviyadır.
Fabinyo 2018-ci ildən “qırmızılar”da çıxış edir. O, bu müddət ərzində 219 oyuna çıxıb və 11 qol vurmağı bacarıb.

