02 İyul 2026
Dünya futbolu

“Turan Tovuz”dan ayrılan hücumçu Bolqarıstan klubunda

Ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Runi Eva Bolqarıstan komandasına keçib.

İdmanxeber.az-ın məlumatına görə, kamerunlu hücumçu  “MOİK 1948” klubunda çıxış edəcək. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla “Turan Tovuz”un bombardiri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43