“Atletiko”nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir. 30 yaşlı ispaniyalının xidmətində “İnter” maraqlıdır. Rəhbərlik Moratanı Romelu Lukakunun əvəzləyicisi hesab edir.
“Roma” və “Yuventus”un da hücumçunu istədiyi bildirilir.
Morata ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

