02 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

İdmanxeber.az-ın məlumata görə, komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Buna səbəb Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləridir.

Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43