02 İyul 2026
Dünya futbolu

“Barselona”nın oyunçusu “Tottenhem”ə keçir

“Barselona”nın müdafiəçisi Kleman Lanqle “Tottenhem”ə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı fransız ötən mövsüm londonluların heyətində icarə əsasında çıxış edib. O, 35 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Lanqle 2018-ci ildən “Barselona”da çıxış edir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilə qədərdir. Portal Transfermarkt müdafiəçinin dəyərini 10 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43