Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.
İdmanxeber.az-ın məlumata görə, komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
Buna səbəb Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləridir.
Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.

