04 İyul 2026
Ölkə futbolu

“Neftçi” “Spartak”a uduzdu – YENİLƏNİB

Mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün daha bir yoxlama görüşünə çıxıb. 

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” “Spartak” klubu ilə üz-üzə gəlib. Moskva klubu oyundan 2:0 hesabı ilə qalib ayrılıb.

Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Rusiyadakı hazırlıq dönəmində “Matç TV” turnirində iştirak etmiş və “Zenit”ə (1:3), “Srvena Zvezda”ya (0:4) və “Fənərbaxça”ya (0:1) məğlub olmuşdu.

18 iyul

Yoxlama oyunu

21:00 “Spartak”(Moskva) – “Neftçi” 2:0

Qollar: Meleşin, 35, Promes, 37


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43