“Panatinakos” “Barselona”ya Yan Veseli üçün 1 milyon avro təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, katalonlar bu təklifi qəbul etməyib. “Pana” alternativ olaraq digər namizədlərlə danışıqlara başlayıb.
Menecer Mişko Raznatoviç də Veselinin gələn mövsüm “Barsa”da qalacağını deyib.
Çex pivot “Blauqrana”ya 2022-ci ildə keçib. O, keçən mövsüm Avroliqada 38 oyuna çıxıb.

