Azərbaycanlı futbolçu Turan Manafovun ölkə xaricinə yollanması alınmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı oyunçu Polşanın “Varta” klubunun maraq dairəsində olub. Tərəflər arasında bir müddət danışıq olsa da, transfer baş tutmayıb.
Bununla yanaşı, Türkiyə I Liqa təmsilçiləri də Manafovu heyətinə qatmaq istəyib. Ancaq tərəflər razılaşa bilməyib.
Maliyyə şərtləri və müdafiəçinin davamlı oynamaq istəyi transferə mane olub.
Xatırladaq ki, Turan Manafov “Araz Naxçıvan”la 1 illik müqavilə bağlayıb. O, ötən mövsümü “Səbail”də keçirmişdi.

