PSJ-nin hücumçusu Kilian Mbappe komanda ilə müqaviləsini yeniləməkdən imtina edərsə, 2023/24 mövsümünü ehtiyat oyunçular skamyasında keçirə bilər.
İdmanxeber.az “The Atletic”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu rəhbərliyə 2024-cü ildə başa çatacaq sözləşməsini yenilməyəcəyini bildirib. Eyni zamanda Mbappe yay transfer pəncərəsində PSJ-dən ayrılmaq fikrində olmadığını də əlavə edib.
Mənbə yazır ki, Mbappenin azad agent kimi getməsi PSJ-də maliyyə problemləri yarada bilər. Bu səbəbdən də rəhbərlik onun gələn mövsüm bu şəkildə ayrılmasını istəmir.

