05 İyul 2026
Dünya futbolu

Malili futbolçu “Liverpul”da

“Kristal Pelas”ın yarımmüdafiəçisi Şeyk Dukure karyerasını “Liverpul”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 23 yaşlı malilini heyətinə qatmaq niyyətindədir. Daha əvvəl Cordan Henderson və Fabinyonun komandanı tərk edə biləcəyi bildirilirdi.

Dukure ötən ilin yayından “Kristal Pelas”dadı. 2022/23 mövsümündə o, bütün yarışlarda 35 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib. Portal Transfermarkt onun dəyərini 35 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43