“Liverpul” ərəblərin 50 milyon avroluq təklifinə baxmayaraq, Luis Diası buraxmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı futbolçu Yurgen Kloppun uzunmüddətli planlarına daxildir. Dias 2022-ci ilin yanvarında “Liverpul”a qoşulub.
O, ötən mövsüm zədələndiyinə görə cəmi 21 oyuna çıxa bilib və 4 qol vurub.

