“Zirə” yeni əcnəbi futbolçunu transfer edib.
İdmanxeber.az-ın məlumata görə, portuqaliyalı qapıçı Tiaqo Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.
23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tiaqo Silva daha əvvəl ölkəsinin “Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.

